İsrail Baş Qərargah rəisi: “Qəzzanı bütün imkanlarımızla vurmağa davam edəcəyik”

129

“Qəzzanı bütün imkanlarımızla vurmağa davam edəcəyik”.

Qafqaztürk “Yerusəlim Post”a istinadən xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

O bildirib ki, İsrail ordusu HƏMAS liderlərini məhv etməyə davam edəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.

Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Yunan-Roma güləşi klubunun yetirmələri Klublararası Sərbəst Güləş Çempionatında uğur qazanıblar
Öncəki yazı
Viktor Orban: “Gürcüstanın xristian dövlətini qorumaq üçün apardığı mübarizəsini yüksək qiymətləndiririk”