İsrail ABŞ-dan MK-84 hava bombaları alıb

69

İsrailin müdafiə naziri İsrael Kaç deyib: “İsrailə gələn sursat yükü Hərbi Hava Qüvvələri və İsrail Müdafiə Qüvvələri üçün əhəmiyyətli bir sərvətdir və İsraillə ABŞ arasında möhkəm ittifaqın bir daha sübutudur”.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası 2000 funt sterlinqlik (təxminən 900 kq) MK-84 hava bombalarının əhalinin sıx olduğu Qəzza zolağında istifadəsinin əhali üçün ciddi təhlükə yarada biləcəyini əsas gətirərək İsrailə göndərilməsinin qarşısını almışdı. Donald Tramp yanvar ayında sələfinin qərarını ləğv edib.

0
Kateqoriya: Dünya
Sonrakı yazı
Çindən yenilik: 2027-ci ildən yaşlı insanların ehtiyaclarına uyğunlaşdırılmış xüsusi qatar buraxmağı planlaşdırılır
Öncəki yazı
Dəmiryol vağzalında yaranan izdiham 18 nəfərin ölümünə səbəb olub