This is a specific ad

Bu gün İsrail 42 məhbusu, HƏMAS 14 girovu azad edəcək

75

Another advertisement

Əldə edilən razılıq çərçivəsində İsrail bu gün, noyabrın 25-də 42 məhbusu, HƏMAS isə 14 girovu azad edəcək.

QafqazTürk.com xəbər verir ki, məlumatı AFR yayıb.

Qeyd edək ki, noyabrın 24-də İsrail 33, HƏMAS isə 25 nəfəri sərbəst buraxıb.

Nəzərinizə çatdıraq ki, günlərdir Türkiyə Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin elan olunması ilə bağlı bəyanatlar yayırdı.Bəyənatda döyüşlərin tam dayandırılmasını, Qəzzaya daşınan humanitar yardımın həcminin artırılmasını nəzərdə tuturdu.

Türkiyə XİN, həmçinin Qətərin səylərini dəstəklədiyini bildirib.

Qeyd edək ki, Türkiyə 15-20 noyabr tarixlərində Qəzzaya humanitar yardımlar göndərib, həmçinin, 144 qəzzalı Türkiyəyə təxliyyə edilib.

Nəzərinizə çatdırım ki, noyabrın 21-də İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. Atəşkəsin 4 gün davam edəcəyi gözlənilir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
İsrail bir qrup fələstinli məhbusu azad etdi
Öncəki yazı
Məktəblərdə bu məhsulların satışı qadağan edilir