• 23 Fevral 2025 00:24

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İsrail 183 fələstinli məhbusu azad edib

ByTürkan Şahverdova

Fev 1, 2025
Another advertisement

İsrail 183 fələstinli məhbusu azad edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nəşrin məlumatına görə, fələstinli məhbusların bir hissəsi İordan çayının qərb sahilinə, digərləri isə Qəzza zolağına köçürülüb.

Xatırladaq ki, “HƏMAS” daha əvvəl üç israilli girovu, 53 yaşlı Ofer Kalderon, 34 yaşlı Yarden Bibas və 65 yaşlı Keyt Siqeli azad edib.

Bundan əlavə, bu gün 2024-cü ilin may ayından bəri ilk dəfə olaraq Qəzza zolağı ilə Misiri birləşdirən Rəfah sərhəd keçid məntəqəsi açılıb.

Qəzza Səhiyyə Nazirliyi 50 fələstinli xəstənin Qəzzadan Rəfah keçidi vasitəsilə Misirə aparıldığını bildirib.