Another advertisement
Qadınlararası futbol üzrə dünya çempionatının İspaniya və İngiltərə yığmaları arasında keçirilən final oyunu başa çatıb. Komandalar Sidneydəki (Avstraliya) “Avstraliya” stadionunda qarşılaşıblar.
Matçı Tori Pensonun (ABŞ) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. İspaniya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Hesabı 29-cu dəqiqədə İspaniya millisinin müdafiəçisi Olqa Karmona açıb.
70-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Cennifer Ermoso penaltini vura bilməyib.