This is a specific ad

İspaniyada ənənəvi “pomidor döyüşü” baş tutub – FOTO

336

Another advertisement

İspaniyanın şərqində yerləşən Valensiya şəhərində ənənəvi şəkildə hər ilin avqust ayının sonuna doğru  keçirilən “La Tomatina” festivalı bu il də şəhər küçələrini qırmızı rəngə boyayıb.

QafqazTürk Media bu barədə xarici mediaya  istinadən xəbər verir ki, şəhərin mərkəzində keçirilən və giriş haqqı 15 avro olan festival çərçivəsində 7 yük maşını ilə şəhər mərkəzinə 120 tondan çox pomidor gətirilib.

Təxminən 22 min adamın qatıldığı festivalda bu il 500 avroya VIP biletlər də satılıb.

Qəsəbənin müəyyən nöqtələrində keçirilən festival təxminən 2 saat davam edib.

Məlumat üçün bildirək ki, pomidor döyüşü İspaniyada 1945-ci ildə bir bazarda çıxan ərzaq savaşı sonrası əylənəcəyə çevrilərək hər il keçirilir, sadəcə pomidor istifadə olunur. Festival bitdikdən sonra yolları yanğın söndürənlər təmizləyir.  “La Tomatin” İspaniya, ABŞ, Hindistan və bir sıra digər ölkələrində təqlid etdiyi məşhur festivaldır. Təşkilatçıların izahına görə,  pomidorlar “Extremadura” adlı bir bölgədən gəlir və hamısı da yeməyə yararsızdır. Festival 1 həftə boyunca gün ərzində tam olaraq 1 saat keçirilir. 1 saat az vaxt kimi görünsə də iştirakçılar bu saat ərzində xeyli əylənir. Festival ancaq avqust ayının sonuncu çərşənbə günü keçirilir.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu gün Türkiyənin zəfər bayramı günüdür
Öncəki yazı
Dünyanın ən qədim konyakı – 328 yaşı var