This is a specific ad

İspaniyada təbii fəlakət nəticəsində ölənlərin sayı 200-ü ötüb

231

Another advertisement

İspaniyada daşqın qurbanlarının sayı 202 nəfərə çatıb.

QafqazTürk Media bu barədə dünya mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət qurbanlarının sayının çox olmasının səbəbləri məlum olub.

Məlumata əsasən, Çiva şəhərində 1 kvadrat metrə 491 litr, Aemetdə isə 300 litr yağış düşməsi olub. Lakin xarici ekspertlərin qənaətinə görə, yağıntının çoxluğu böyük rol oynasa da, yeganə səbəb deyil.

Region uzun illərdir quraqlıqdan əziyyət çəkdiyi üçün torpağın xüsusiyyəti dəyişib və suyu uda bilmir. Eyni zamanda, nəzarətsiz urbanizasiya və betonlaşma da yağıntının torpağa sızmasına mane olub.

Xarici ekspertlər vətəndaşların diqqətsiz davranmasının faciənin miqyasının genişlənməsinə səbəb olduğunu bildiriblər. Belə ki, dövlət qurumlarının xəbərdarlığına məhəl qoymayaraq sakinlərin çoxu yola çıxaraq özlərini riskə atıblar.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiya Google şirkətini 20 000 000 000 000 000 000 000 000 000 000 dollar cərimələyib
Öncəki yazı
“Seçkilər qeyri-legitim hesab olunsa, Qərb Gürcüstan ilə bütün əlaqələri kəsəcək” – Tamar Çuqoşvili