Another advertisement
İspaniyada 4 Gürcüstan vətəndaşı oğurluq ittihamı ilə həbs edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayır.
Qeyd edilir ki, Gürcüstan vətəndaşları aprelin 12-də yaşayış yerində oğurluğa cəhd etdikləri üçün həbs ediliblər. Məhkəmə onların dördünün də deportasiya edilməsi və 8 il ölkəyə girişlərinin qadağan edilməsi barədə qərar qəbul edib. Məhkəmə prosesində saxlanılan şəxslər təqsirlərini etiraf ediblər.
Ev sahibi polisə vaxtında müraciət etdiyi üçün onlar evdən heç nə götürə bilməyiblər. Gürcüstan vətəndaşlarına məhkəmə İspaniyanı tərk etmək üçün iki həftə vaxt verdi. Əks halda onları həbs gözləyir.