Another advertisement
İspaniya polisi evləri qarət edən Gürcüstan vətəndaşlarını saxlayıb.
İspaniya ərazisində evləri və müxtəlif ofisləri qarət edən Gürcüstan vətəndaşlarının əsas yaşayış yerləri Madrid olub. İspaniya polisinin məlumatına görə, sözügedən dəstəyə “Qanuni oğrular” başçılıq edib.
Qeyd olunub ki, şəbəkə qarətlə birgə saxta sənədlər düzəldərək kirayə evlər veriblər. Qrup üzvlərinin Gürcüstan və digər ölkələrə pul göndərdiyi də məlum olub.