Işıl Park Otel Kars şəhərinin mərkəzində 4 məscidin əhatəsində olan oteldir.
Qars Qalasına çox yaxın məsafədə yerləşən otel, Qars Havalimanın 15, avtobus vağzalına isə 5 dəqiqəlik məsafədədir.
Siz piyada olaraq Qars şəhərini və onun rus işğalından qalma memarlıq abidələrini kəşf edib rahatlıqla otelinizə qayıda bilərsiniz.
Otelin yaxınlığında iki tərəfində də kiçik bazar olan 4 küçə mövcuddur ki, siz buradan özünüzə və yaxınlarınıza Qarsdan xatirə olaraq hədiyyələr ala bilərsiniz.
Dünyada cəmi iki xizək kurortuna yağan Kristal Qar ilə məşhur olan Sarıqamış Xizək Mərkəzi oteldən sadəcə 40 dəqiqə məsafədədir. Qarsda turizmin sevimlisi və üç min illik tarixi olan Ani xarabalıqları da təxminən 40 dəqiqəlik məsafədə yerləşir.
Yay və ya qış tətili üçün ailəniz və ya dost qruplarınızla əyləncəli və ya romantik bir tətil planınız varsa, qalmaq üçün Işıl Park Hoteli seçə bilərsiniz.
Otel böyük restoran, 3 suit, 12 ailə otağı və 60 standart otaq olmaqla, ümumilikdə 75 otaqla xidmət verməkdədir. Geniş və rahat otaqlar müasir, sadə və dəbli konseptlə bəzədilmişdir vgigiyena şərtlərinə uyğunluq otel üçün həssaslıq məsələsidir. Bütün otaqlarda Wi-Fi, televizor, mini bar, soyuducu və fen mövcuddur.
Otelin girişində sizi gülərüz personal qarşılayaraq lazımı xidmətləri göstərir.
Başda otelin baş meneceri Hakan Demir olmaqla 15 nəfərlik əməkdaş günün istənilən vaxtında sizinlə məşğul olaraq hər bir məsələdə köməklik göstərirlər.
İstər gündüz, istərsə də gecə saatlarında daxili zəng vasitəsilə hər hansı iradınızı və ya istəyinizi bildirə bilərsiniz.