Another advertisement
İşğal olunmuş Abxaziyada qondarma növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək və bu turda Badra Qunba və Adqur Ardzinba üz-üzə gələcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
“İstənilən halda, Qunba Badra və Ardzinba Adqurinin iştirak edəcəyi ikinci tur olacaq, “ilkin nəticələr” bu gün günortadan sonra açıqlanacaq”,- məlumatda bildirilir.
Xatırladaq ki, iğal olunmuş Abxaziyada dünən qondarma prezident seçkiləri keçirilib. Prezidentliyə beş namizəd mübarizə aparırdı: Badra Qunba, Adqur Ardzinba, Oleq Bartsits, Robert Arşba və Adqur Xurxumali.