İşğal olunmuş Abxaziyada prezident seçkiləri davam edir

71

İşğal olunmuş Abxaziyada prezident seçkiləri davam edir.

QafqazTürk Media xəbər verir ki, bu barədə”Exo of Caucasus” məlumat yayıb.

İşğal olunmuş Abxaziyada seçki məntəqələri saat 08:00-da açılıb və səsvermə saat 20:00-a qədər mümkün olacaq.

İşğal altında olan Abxaziyada 152 seçki məntəqəsi açıqdır.

Həmçinin, işğal olunmuş Abxaziya ilə yanaşı, seçkilər həmçinin Rusiyanın iki şəhərində – Moskva və Çerkesskdə keçirilir.  Türkiyənin Sakarya şəhərində də seçki məntəqəsi açılmalı idi, lakin seçkilərə bir gün qalmış bağlandı. Bundan əlavə, Rusiya Mərkəzi Seçki Komissiyası seçkiləri müşahidə etmək üçün öz nümayəndələrini göndərməyib.

Prezidentliyə beş namizəd mübarizə aparır: Badra Qunba, Adqur Ardzinba, Oleq Bartsits, Robert Arşba və Adqur Xurxumali.

Xatırladaq ki, işğal olunmuş Abxaziyada seçkilərin təyin edilməsi zərurəti iqtidarla müxalifət arasında qarşıdurmaya görə baş tutur. Suxumidə müxalifət tərəfdarları aksiya keçiriblər. Onlar prezident administrasiyasının və Aslan Bjaniyanın istefasını tələb ediblər. Yuxarıda qeyd olunan qarşıdurma fonunda  işğal olunmuş Abxaziya prezidenti Aslan Bjaniya noyabrın 19-da istefa verib.

Sonrakı yazı
Media – Rusiyanın yeddi hava limanı dron hücumu təhlükəsi səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb
Öncəki yazı
Fevral ayının sonu bu 3 bürcə böyük xoşbəxtlik gətirəcək