This is a specific ad

İşğal olunmuş Abxaziya Xarici işlər naziri Şimali Kiprə səfər edib

78

Another advertisement

Rusiya tərəfindən işğal olunmuş Abxaziya Xarici işlər naziri İnal Ardzinba Şimali Kiprə səfər edib.

“Abxaziya Şimali Kiprlə investisiya və iqtisadi əməkdaşlıq imkanlarını öyrənir”, – İnal Ardzinba bildirib.

O, beynəlxalq sanksiyalar və dövlətin qismən tanınması kontekstində Şimali Kiprin iqtisadi inkişaf tendensiyalarına xüsusi diqqət yetirib.

QafqazTürk.com xəbər verir ki,naziri Rusiya Dumasının deputatı Aleksandr Nekrasov müşayiət edib və o, “Abxaziya Respublikası turistlər və perspektivlər baxımından cəlbedici görünür” fikrini bildirib.

Qeyd edək ki,Şimali Kipr Türk Respublikası, Kipr adasının şimal üçdə birini tutan qismən tanınan bir dövlətdir. Yalnız Türkiyə onu müstəqil dövlət kimi tanıyır və onun siyasi, iqtisadi və hərbi dəstəyindən çox asılıdır.

Kateqoriya: Dünya
Sonrakı yazı
სრულიად საქართველოს მუსლიმთა სამმართველოს განცხადება შვეიცარიაში წმინდა წიგნ – ყურანის მიმართ ჩადენილ შეურაცხმყოფელ ქმედებასთან დაკავშირებით
Öncəki yazı
Polşa Belarusla sərhədə əlavə 500 polis göndərir