Another advertisement
2023-cü ilin oktyabrından 2024-cü ilin martına qədər işğal altında olan Abxaziyadan Rusiya Federasiyasına 25 ton naringi ixrac edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Krasnodar gömrüyü yayıb.
Rusiya agentliyinin məlumatına görə, Rusiyaya sitrus meyvələrindən əlavə, 3 tondan çox feyxoa da satılıb.
Qondarma Abxaziya Kənd təsərrüfatı nazirinin sözlərinə görə, bu il 37 min ton naringi məhsulu gözlənilir.