Xaşuridə işdən evə qayıdan kişi 9 yaşlı övladını ölü, arvadını isə huşsuz vəziyyətdə tapıb.
QafqazTürk Media xəbər verir ki, qadın koma vəziyyətində klinikaya aparılıb.
Ailə üzvlərinin sözlərinə görə, ana ilə qızda heç bir zorakılıq əlaməti yoxdur.
Bu mərhələdə hadisənin qeyri-rəsmi versiyalarından biri zəhərlənmə hesab olunur. Təbii qaz zəhərlənməsinə gəlincə, qonşuların dediyinə görə, artıq aidiyyatı xidmətlərin nümayəndələri orada olub və qaz və CO sızması aşkar edilməyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (116-cı) maddəsi ilə cinayət işi başlanıb.