Another advertisement
Beynəlxalq Əmək Təşkilatı ölkələrdə həftəlik iş saatları ilə bağlı hesabat hazırlayıb.
QafqazTürk.com xəbər verir ki, həftəlik ən uzun iş saatına görə Butan birinci olub. İşçilər ölkədə həftədə 54.4 saat işləyirlər.
İş saatlarının əhəmiyyətli dərəcədə uzun olduğu digər 4 ölkə:
1. Birləşmiş Ərəb Əmirlikləri – həftədə 50,9 iş saatı
2. Lesoto – həftədə 50,4 iş saatı
3. Konqo Demokratik Respublikası – həftədə 48,6 iş saatı
4. Qətər – həftədə 48,2 iş saatı
Qeyd edək ki , Gürcüstanın Əmək Məcəlləsinə əsasən , iş vaxtının müddəti həftədə 40 saatdan çox olmamalıdır. İş vaxtına fasilə və istirahət vaxtı daxil deyil. Bundan əlavə, iş günləri arasında istirahət müddəti 12 saatdan az olmamalıdır.