This is a specific ad

İş saatı ən uzun olan 5 ölkə

62

Another advertisement

Beynəlxalq Əmək Təşkilatı ölkələrdə həftəlik iş saatları ilə bağlı hesabat hazırlayıb.

QafqazTürk.com xəbər verir ki, həftəlik ən uzun iş saatına görə Butan birinci olub. İşçilər ölkədə həftədə 54.4  saat işləyirlər.

İş saatlarının əhəmiyyətli dərəcədə uzun olduğu digər 4 ölkə:

1. Birləşmiş Ərəb Əmirlikləri – həftədə 50,9 iş saatı

2. Lesoto – həftədə 50,4 iş saatı

3. Konqo Demokratik Respublikası – həftədə 48,6 iş saatı

4. Qətər – həftədə 48,2 iş saatı

Qeyd edək ki , Gürcüstanın Əmək Məcəlləsinə əsasən , iş vaxtının müddəti həftədə 40 saatdan çox olmamalıdır. İş vaxtına fasilə və istirahət vaxtı daxil deyil. Bundan əlavə, iş günləri  arasında istirahət müddəti 12 saatdan az olmamalıdır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Parlament bu gün qalmaqallı layihənin son müzakirəsini edəcək, Tbilisidə yürüş başlayıb
Öncəki yazı
İvanişvili ABŞ dövlət katibinin köməkçisi ilə Tbilisidə görüşdən imtina edib