This is a specific ad

İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib

88

Another advertisement

QafqazTürk Report-a istinadən xəbər verir ki,Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib.

Beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayrağı bir neçə hissəyə parçalanmış şəkildə asılıb.

Bu bir daha Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdiyinin bariz göstəricisidir.

Bu addımlar beynəlxalq idman təşkilatları tərəfində kəskin qınanmalı, Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina edilməlidir.

Qeyd edək ki, Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.

Sonrakı yazı
Ukraynada indiyədək Rusiya Silahlı Qüvvələrinin 182 070 hərbçisi məhv edilib
Öncəki yazı
Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib