Another advertisement
Meksikada iki irimiqyaslı partlayış baş verib.
QafqazTürk Media xəbər verir ki, 5 polis əməkdaşı yaralanıb, infrastruktura ziyan dəyib.
Birinci halda, Akambaro şəhərində silahlı qüvvələrin ofisinin qarşısında minalanmış avtomobil partladılıb. İkinci hücum isə Akambarodan 30 kilometr aralıda yerləşən Jerekuaroda baş verib.
Hadisə ilə bağlı araşdırma başlayıb – ştat və federal qüvvələr partlayışların təşkilatçılarını və icraçılarını axtarır.
Həbslər barədə hələlik məlumat verilmir.