This is a specific ad

IRI – Əgər gələn şənbə günü parlament seçkiləri keçirilsəydi, sorğuda iştirak edənlərin 19 faizi “Gürcü arzusu”na, 14 faizi isə Milli Hərəkata səs verəcəkdi

30

Another advertisement

IRI Beynəlxalq Respublika İnstitutunun tədqiqatına əsasən, növbəti şənbə günü Gürcüstanda parlament seçkiləri keçirilsəydi, rəyi soruşulanların 19 faizi “Gürcü Arzusu”na, 14 faizi isə “Milli Hərəkat”a səs verəcəkdi.

“Əgər növbəti şənbə günü parlament seçkiləri keçirilsəydi, siz hansı partiyaya səs verərdiniz? sualına, sorğuda iştirak edənlərin 19 faizi “Gürcü Arzusu”na, 14 faizi “Vahid Milli Hərəkat”a, üç faizi “Gürcüstan Naminə- Q.Qaxaria” partiyasına səs verəcəyini bildirib.

“Qirçi – daha çox azadlıq – Zurab Qirchi Caparidze” partiyasına rəyi soruşulanların 3 faizi, “Leyborist Partiyası”, Şalva Natelaşvili, “Lelo”, “Qirçi”, “Quruculuq Strategiyası”, “Xalq naminə – Ana Dolidze”, “Vətəndaşlar – Aleko Elisaşvili” yə partiyalarına isə 2 faiz səs verəcəyini bildirib. “Mühafizəkarlar Hərəkatı, Alt-İnfo”, “Droa”, Elene Xoştaria, “Avropalı Gürcüstan, Qiqa Bokeria”ya – bir faiz dəstəkçisi olub .

Rəyi soruşulanların 5 faizi seçkilərdə iştirak etməyəcəyini, 20 faizi isə sualın cavabını bilmədiyini bildirib. 7 faizi cavab verməkdən imtina edib.

IRI-ın məlumatına görə, tədqiqat üçün sahə işləri IPM tərəfindən həyata keçirilib. Göstəricilər üzbəüz müsahibələr vasitəsilə toplanıb. Seçim səsvermə hüququ və yaşında olan 1500 respondenti əhatə edib. Göstəricilər yaşa, cinsə, bölgəyə və yaşayış məntəqəsinin ölçüsünə görə ölçülüb. Tədqiqat Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Amerika xalqının dəstəyi ilə mümkün olub.

Sonrakı yazı
Üç böyük ziyalımız “Qızıl Qələm”ə layiq görülüb
Öncəki yazı
IRI: Əhalinin 76%-i Rusiyanın Gürcüstana təcavüzünün davam etdiyinə inanır