Beynəlxalq Respublika İnstitutunun ictimai rəy sorğusuna əsasən, sorğuda iştirak edən əhalinin 76%-i Rusiyanın Gürcüstana təcavüzünün davam etdiyinə inanır.
Sorğunun nəticələrinə görə, əhalinin 17%-i təcavüzün sona çatdığını, lakin onun yenidən gələcəkdə davam edəcəyinə inanır. 5 faizi Rusiyanın Gürcüstana təcavüzünün sona çatdığını və yenilənməyəcəyini, 3% isə cavab verməkdən imtina edib.
IRI sorğusu üçün sahə işləri Polling & Marketing tərəfindən aparılmışdır. Məlumatlar 2023-cü il martın 4-dən 23-dək bütün Gürcüstan ərazisində üzbəüz müsahibə üsulu ilə toplanıb. Səsvermə hüququna malik 18 yaşdan yuxarı 1500 Gürcüstan vətəndaşı ilə müsahibə aparılıb və bu rəqəm yaş, cins, region və yaşayış məntəqəsinin ölçüsünə görə ümumi əhalini təmsil edir. Tədqiqat ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilib.