This is a specific ad

İranlı döyüşçülər və talibanlılar bir-birinə atəş açıb, itkilər var

28

Another advertisement

Şənbə günü, mayın 27-də İran və Əfqanıstan sərhədində iranlı döyüşçülər və Taliban bir-birinə atəş açıb.

QafqazTürk xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA İran polisinin rəis müavini general Qasım Rzaiyə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, Qasım Rzai şənbə günü səhər Talibanı İranın Sistan və Bəlucistan əyaləti ilə Əfqanıstanın Nimroz əyalətinin sərhəddində atəş açmaqda ittiham edib.

İRNA İran polisinə istinadən yazır ki, açılan atəş nəticəsində iki sərhədçi həlak olub və Əfqanistanla əsas ticarət yolu olan Milak sərhəd-keçid məntəqəsi atışmalara görə bağlanıb.

“Əfqanıstan hesab edir ki, dialoq istənilən problemi həll etmək üçün ağlabatan yoldur. Müharibəyə və neqativ hərəkətlərə haqq qazandırmaq heç bir tərəfin maraqlarına uyğun deyil” – Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Xatırladaq ki, toqquşma İran prezidenti İbrahim Rəisinin bu ayın əvvəlində Taliban hərəkatına sazişə əsasən, iranlıların Helmand çayının suyundan istifadə etmək hüquqlarını pozmamaq barədə xəbərdarlıq etməsindən sonra baş verib.

Qeyd edək ki, İran və Əfqanıstan arasında 1973-cü ildə ümumi su ehtiyatlarından istifadəni nəzərdə tutan saziş imzalanıb.

Sonrakı yazı
Gürcüstanda dəmiryolunda qəza zamanı bir Azərbaycan vətəndaşı həyatını itirib
Öncəki yazı
Baş nazir: “Vətəndaşlarımız bu gün vizasız səyahət edirlər – bu kimin xidmətidir? Təbii ki, “Gürcü Arzusunun” və İvanaşvilinin!”