“Biz İranla nüvə sazişi əldə etməyə yaxınıq”, – ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.
“Düşünürəm ki, biz İranla razılaşmaya çox yaxınıq. Fikrimcə, bu, yaxın gələcəkdə baş verəcək və Yaxın Şərqi bombalamadan razılığa gələ bilsək, çox gözəl olar”, – Donald Tramp bildirib.
Bundan əlavə, o, İsrail və “HƏMAS”-ın Qəzzada atəşkəslə bağlı “razılığa yaxın olduğunu” bildirib.
“Onlar razılığa yaxındırlar. Bu barədə bu gün və ya sabah sizə məlumat verəcəyik”, – ABŞ prezidenti bildirib.