This is a specific ad

İranın yeni prezidenti “Amerika və İsrailə ölüm” şüarı ilə and içib

104

Another advertisement

İranın yeni prezidenti “Amerika və İsrailə ölüm” şüarı ilə and içib.

QafqazTürk Media Reuters-ə istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı deyib:

“Biz dünya ilə ləyaqət, müdriklik və məqsədəuyğunluq əsasında konstruktiv və səmərəli əməkdaşlıq etməyə çalışacağıq”.

Məlumata görə, andiçmə mərasimində “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları eşidilib.

“Uşaqları öldürənlərə silah verənlər müsəlmanlara insanlıq öyrədə bilməzlər”, – Məsud Pezeşkian qeyd edib.

Qeyd edək ki, “Həmas” və “İslami Cihad” liderləri İranın yeni prezidentinin andiçmə mərasimində iştirak ediblər. “Həmas” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gün Tehranda hava hücumu nəticəsində öldürülüb.

Kateqoriya: Dünya
Sonrakı yazı
İranda “Qisas bayrağı” qaldırılıb
Öncəki yazı
“Həmas” lideri İsmayıl Haniyə öldürüb