Another advertisement
İranın Şiraz şəhərində şiə müsəlmanlarının ziyarətgahına hücum nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yerli mətbuata açıqlama verən İran rəsmisi qeyd olunan iş üzrə artıq bir nəfərin həbs olunduğunu bildirib. Ziyarətgah hücumdan sonra təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb.
Silahlı hücum günorta saatlarında həyata keçirilib. Hücumun motivləri hələlik məlum deyil.
Dövlət İnformasiya Agentliyinin məlumatına görə, hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, terrorçular tərəfindən törədilib.