Another advertisement
İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında respublikanın paytaxtının köçürülməsi planının hazırlanmasına başlanıldığını elan edib.
QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir.
Prezident planın hazırlanması üçün birinci müavini Mohammad Reza Arefi məsul təyin edib.
“Bu məsələ diqqət mərkəzində saxlanılmasa, gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox digər problemlərlə üzləşməsinə səbəb ola bilər”, – deyə Pezeşkian vurğulayıb.
Məlumat üçün bildirək ki, sentyabrın 7-də Pezeşkian paytaxtı cənuba köçürmək istədiyini açıqlayıb.