“İranın İsrail dövlət terroruna qarşı özünü müdafiə etmək üçün təbii haqqı var”- Rəcəb Tayyib Ərdoğan

142

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İranın İsrail dövlət terroruna qarşı özünü müdafiə etmək üçün təbii haqqı var.

“İranın özünü İsrail banditizminə və dövlət terrorizminə qarşı müdafiə etməsi tamamilə təbii və qanunidir. Biz İsrailin İrana qarşı terror hücumlarını yaxından izləyirik. Bu hücumların Türkiyəyə potensial təsiri səbəbindən bütün qurumlarımız hazır vəziyyətdədir”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

O, “Qəzzaya, Suriyaya, Livana, Yəmənə və İrana qarşı qeyri-insani təcavüzü dayandırmaq üçün əlindən gələni etdiyini” deyib.

“Netanyahu soyqırım cinayətləri törətməkdə tiran Hitleri çoxdan ötüb. Ümid edirik ki, onların taleyi eyni olmayacaq. Təkcə İsrail tərəfdarlarının əlləri mülki əhalinin, körpələrin və uşaqların qanına bulanmış deyil, həm də səssiz qalanlarınkı elədir”.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
19 iyun tarxinə olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
ABŞ-ın İsraildəki səfirliyi cümə gününə qədər bağlı olacaq