Another advertisement
İranın İsrailə raket hücumundan sonra Avropada qazın qiyməti üç faiz bahalaşıb.
QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir ki, Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçerslərinin qiyməti təxminən 460,6 dollara qədər yüksəlib.
Məlumata əsasən, bir müddət əvvəl, “Tasnim” agentliyi İran raketlərinin Aşkelon şəhəri yaxınlığındakı qaz platformalarını vurduğu barədə məlumat yayıb. Eyni zamanda, ABŞ-ın “Chevron” kompaniyası (İsrail şelfinin ən böyük payçılarından biri) İsraildəki vəziyyətlə əlaqədar ehtiyat tədbiri olaraq “Leviafan” və “Tamar” qaz platformalarının fəaliyyətini müvəqqəti dayandırdığını bildirib.