Another advertisement
İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.
QafqazTürk.com xarici KİV-lərə istinadən xəbər verir ki, hava zərbəsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Ölənlər arasında İranın yeddi hərbi müşaviri, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki yüksəkrütbəli generalı və altı suriyalı var.
Qeyd edək ki, İran diplomatik missiyası kompleksinin yaxınlığında Suriya ordusuna yardım göstərən iranlı hərbçilərin yaşadığı evlər var.