This is a specific ad

İrandan ABŞ-a xəbərdarlıq

243

Another advertisement

“Biz hücumdan əvvəl ABŞ-a məlumat verməmişdik, lakin indi onlara xəbərdarlıq edirik ki, cavab tədbirləri görməsinlər”.

QafqazTürk Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Hücumdan əvvəl heç bir məlumat mübadiləsi olmayıb, İran hücumdan sonra ABŞ ilə əlaqə saxlayıb. Biz ABŞ qüvvələrinə heç bir halda müdaxilə etməmək barədə xəbərdarlıq etmişik”, – deyə Əraqçi dövlət televiziyasına müsahibəsində bildirib.

Məlumat üçün bildirək ki, İran İsrailə raket hücumu həyata keçirib. İranın “İslam İnqilabı Keşikçiləri Korpusunun” məlumatına görə, İsrail istiqamətində onlarla raket buraxılıb. İsrail Müdafiə Qüvvələrinin ilkin qiymətləndirməsinə görə, İran İsrail istiqamətində 200-ə yaxın raket atıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İsrailin növbəti hədəfi Türkiyə olacaq-Rəcəb Tayyib Ərdoğan
Öncəki yazı
İkinci Dünya Müharibəsi dövrünə aid bomba partlayıb, 90-a yaxın reys təxirə salınıb