İranda terror aktında ölənlərin sayı artıb – ƏTRAFLI

1

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.

QafqazTürk xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir. Hazırda bina mühasirəyə alınıb.

Qeyd edək ki, İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub.

Bildirilib ki, hadisədə azı 2 nəfər ölüb. Ölənlərin hər ikisi ziyarətgahın nümayəndələridir.

0
0
Sonrakı yazı
Ukrayna ilə bağlı danışıqlarda Türkiyənin nümayəndəsi: “Rusiya həll yolunun axtarışına qarışmasa, nə nəticə, nə də həll olacaq”
Öncəki yazı
Qomelauri: “Fəlakət bölgəsinin demək olar ki, 60 faizi artıq yoxlanılıb”