This is a specific ad

İranda prezidentliyə iddialı ilk qadın namizədliyini geri çəkdi

44

Another advertisement

İranda prezidentliyə ilk qadın namizəd Zöhrə Elahian növbədənkənar prezident seçkisində iştirak etməmək qərarına gəlib.

QafqazTürk.com  xəbər verir ki, bu barədə siyasətçi “X” hesabında yazıb.

“İnqilabi hərəkatın birliyini qorumaq üçün, xalqın və elitanın etimadını qazanan namizədi dəstəkləyərək və inqilab liderinin qadınların yüksək rəhbər vəzifələrə təyin edilməsində göstərdiyi müdrikliyə görə minnətdarlığımı bildirərək, namizədliyimi geri çəkirəm”, – deyə Elahian bildirib.

Eyni zamanda, Elahian seçkidə inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka çağırıb.

Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkisində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dünyada milyonlarla insan susuz qala bilər
Öncəki yazı
Azərbaycan XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş “parlament seçkiləri”ni tanımırıq