This is a specific ad

İranda hicaba riayət edilməməsi bəhanəsi ilə məşhur kinoteatr bağlandı

45

Another advertisement

İranda 40 ilə yaxındır fəaliyyət göstərən Mandana kinoteatrı hicaba riayət edilməməsi bəhanəsi ilə bağlanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir ki,bu haqda Mandana kinoteatrının direktoru Məhəmməd Qased Əşrəfi məlumatı təsdiqləyib.
“Tehranın 8-ci rayon prokurorluğunun göstərişi ilə şənbə günündən etibarən “əxlaq polisi” tərəfindən kinoteatr möhürlənib. Polis kinoteatrın möhürlənməsinin səbəbini tamaşaçıların hicab taxmaması ilə əlaqələndirib və bizə 12 yaşlı hicabsız qızın qısa şalvar geyinməsi, habelə başqa bir qadının da hicabsız olduğunu sübut edən iki şəkil göstərib”, – deyə o, jurnalistlərə bildirib.

Kateqoriya: Din
Sonrakı yazı
Tbilisidə bir nəfər yaşayış binasından yıxılıb
Öncəki yazı
Azərbaycanlı deputat quru sərhədlərin açılmasından danışdı