Another advertisement
İranda güclü zəlzələ olub.
Xuzistan əyalətinin Endimeşk şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 22:25-də qeydə alınıb. Agentliyin məlumatına görə, yeraltı təkanların episentri 15 kilometr dərinlikdə yerləşib.
Endimeşk Fövqəladə İdarəetmə Mərkəzindən verilən açıqlamada bölgəyə xilasetmə qruplarının göndərildiyi, lakin hələ də dağıntılar barədə məlumat verilmədiyi bildirilib.