Another advertisement
İranda yeni edam hökmləri icra olunub.
QafqazTürk.com bu barədə “Azad İran” “Telegram” kanallarına istinadən xəbər verir.
Bildirilir ki, Qəzvin, Kerman və Kəhnuc şəhərlərinin həbsxanalarında beş nəfər dar ağacından asılıb. Onlar narkotik cinayətləri və qəsdən adam öldürməkdə təqsirli biliniblər.
Qeyd edək ki, İranda cari ilin yeddi ayı ərzində 423 nəfər edam olunub.