Mərakeş kralı IV Məhəmməd Fransa və İranın zəlzələdən zərər çəkənlərə humanitar yardımından imtina edib.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.
Bildirilib ki, son günlər İranın bir sıra yüksək vəzifəliləri, Prezident İbrahim Rəisi, parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Qızıl Aypara Cəmiyyətinin başçısı adından Mərakeşə humanitar yardım edilməsi ilə bağlı dəfələrlə müraciət edilib. Ancaq rəsmi Rabat yardımı qəbul etməyib.
Məlumata görə, 5 il əvvəl Mərakeş Livan “Hizbullah”ı, POLİSARİO (Seyid əl Hamra və Rio-de Qronun Azadlığı Cəbhəsi) cəbhəsini dəstəklədiyi üçün İranla əlaqələri kəsib. 15 il əvvəl krallıqda dini quruluşu dəyişməyə cəhd etdiyi üçün Mərakeş İranın Rabatdakı səfirliyini ittiham etmişdi.
Son zamanlar İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi və prezident İbrahim Rəisinin müraciətlərinə baxmayaraq, Mərakeş onlara müsbət cavab verməyib.
Qeyd edək ki, Mərakeşin Fransanın humanitar yardımından imtina etməsi də siyasi motivlidir.
Kral hələ ki Böyük Britaniya, İspaniya Birləşmiş Ərəb Əmirlikləri və Qətərin yardım təklifinə müsbət cavab verib.