İsrail Müdafiə Qüvvələri İranın atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir neçə saat sonra İsrailə raketlər atdığını bildirib.
“Müdafiə sistemləri təhlükəni zərərsizləşdirmək üçün çalışır”, – İsrail Müdafiə Qüvvələri bildirib.
İsrailin şimalında hava hücumu siqnalları səslənib.
Yerli media İranın yalnız bir raket atdığını və onun hava hücumundan müdafiə vasitələri ilə qarşısını aldığını bildirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, İranın hücumundan sonra İsrailin şimalındakı sakinlər artıq sığınacaqlarını tərk edə biliblər.