İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efim Defrin bildirib ki, İran İsrailə 100-ə yaxın pilotsuz uçan aparat atıb.
Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələri dəf etmək üçün işə salınıb.
“Hava hücumundan müdafiə sistemləri təhdidləri dəf etmək üçün işləyir. Bu, əvvəllər yaşadıqlarımızdan fərqli bir hadisədir, çətin saatlarla üzləşirik. Biz dözümlülük və səbir nümayiş etdirməliyik”, – Efim Defrin bildirib.