İran İsrailə növbəti dəfə zərbələr endirib

80

İranın İsrailə raket hücumu nəticəsində Tel-Əvivdəki binalara ciddi ziyan dəyib.

Bu barədə CNN məlumat yayıb.

“Bir neçə ikimərtəbəli yaşayış binasına ciddi ziyan dəyib, bəziləri isə uçub”, – deyə fövqəladə hallar xidməti bildirib.

Şimaldakı Hayfa şəhəri də vurulub.

İsrail Fövqəladə Hallar Xidməti İranın raket hücumu nəticəsində hazırkı məlumatlara görə, 16 nəfərin yaralandığını bildirib.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Milli Ekologiya Agentliyi gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb
Öncəki yazı
İsrail prezidenti ABŞ-ın əməliyyatına münasibət bildirib