This is a specific ad

İran İsrailə bu tarixdə hücum edəcək

209

Another advertisement

İran HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsraildə Tişa BeAv gününün qeyd edildiyi 12-13 avqust tarixlərində İsrailə hücum etməyi planlaşdırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Verilən məlumata əsasən, Qərb kəşfiyyat rəsmiləri İranın planları barədə Sky News Arabia telekanalına danışıblar. Hücumun “Hizbullah”la koordinasiya ediləcəyi və matəm günlərində baş verən hücumun İsrail əhalisinə emosional və psixoloji təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda qətlə yetirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Şovidə təbii fəlakət qurbanları üçün abidə tikiləcək
Öncəki yazı
Süni zəkanın bioloji silah yaratmağa qadir olduğu məlum olub