İranın İsrailə raket hücumu nəticəsində Tel-Əvivdəki binalara ciddi ziyan dəyib.
Bu barədə CNN məlumat yayıb.
“Bir neçə ikimərtəbəli yaşayış binasına ciddi ziyan dəyib, bəziləri isə uçub”, – deyə fövqəladə hallar xidməti bildirib.
Şimaldakı Hayfa şəhəri də vurulub.
İsrail Fövqəladə Hallar Xidməti İranın raket hücumu nəticəsində hazırkı məlumatlara görə, 16 nəfərin yaralandığını bildirib.