This is a specific ad

İran hicab qanunlarına qarşı çıxan qadınlar üçün müalicə klinikası açmağı planlaşdırır

227

Another advertisement

İran məcburi hicab qanunlarına qarşı çıxan qadınlar üçün müalicə klinikası açmağı planlaşdırır.

QafqazTürk Media xəbər verir ki, Tehran Fəziləti Təşviqat və Qarşısının Alınması Qərargahının Qadın və Ailə şöbəsinin müdiri Mehri Talebi Darestani “Müalicə Klinikası”nın açılışını elan edib.

İranlı qadınlar və insan haqları qrupları bu elandan hiddətlənib.

İranlı hüquqşünas Hüseyn Rəisinin sözlərinə görə, hicab qanunlarına əməl etməyən qadınların müalicəsi üçün klinika açmaq ideyası nə İslam, nə də İran qanunlarına uyğundur. Onun sözlərinə görə, bu bəyanatı Ali Rəhbər Əli Xamneyinin birbaşa tabeliyində olan Tehran Fəziləti Təşviqat və Qarşısının Alınması Qərargahının Qadın və Ailə Şöbəsinin səsləndirməsi narahatedicidir.

Xatırladaq ki, bir neçə gün əvvəl İranın dövlət mediası universitet şəhərciyində soyunan tələbə qızın həbs olunaraq daha sonra psixiatriya xəstəxanasına köçürüldüyü barədə məlumat yayıb. Məktəb mühafizəsi onu düzgün hicab örtməməkdə ittiham etdikdən sonra tələbə bu formada etiraz edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İmir kəndində “Kəsik Təpə” kompleksində tikinti işləri davam edir
Öncəki yazı
“Cənubi Osetiyanı Gürcüstanla birləşdirən yolun açılması faydalı olacaq”-Cambolat Tedeyev