İran: Atəşkəsdən bəri düşmənə heç bir raket atılmayıb

90

İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi bildirib ki, yerli vaxtla səhər saat 7:30-dan bəri düşmənə heç bir raket atılmayıb,.

Bu barədə CNN telekanalı məlumat yayıb.

İran rəsmisi CNN-ə deyib: “İsrail səhv edərsə, müharibənin dayandırılmasından bir saat əvvəl olduğu kimi, bütün işğal olunmuş ərazilərə hücum ediləcək”.

Bundan əvvəl İran mediası bu gün səhər saatlarında iki ölkə arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra İranın İsrailə raket zərbələri endirməsi ilə bağlı xəbərləri təkzib etmişdi.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
25 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
İran İsrailə yenə raket atıb