İran ABŞ-ın Sülh Təklifinə Qarşı Çıxdı: “İrana qarşı əməliniz sözlərinizlə uyğunsuzdur”

46

İranın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla sülh sazişi bağlamaq çağırışı Vaşinqtonun İrana qarşı həyata keçirdiyi addımlarla ziddiyyət təşkil edir.

QafqazTürk Media bildirir ki, bu barədə Nazirliyin açıqlamasında vurğulanır.

“ABŞ Prezidentinin sülh və dialoq istəyi, Amerika Birləşmiş Ştatlarının İran xalqına qarşı düşmən və cinayətkar davranışı ilə uzlaşmır.”

Xatırladaq ki, Tramp dünən İsrail Knessetində çıxış edərək, İranla sülh sazişi imzalamaq istədiyini bildirib və bunun mümkün olmasının “möhtəşəm olacağını” vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Lukaşenko – Rusiya-Ukrayna müharibəsi indi başa çatmalıdır, əks halda Ukrayna müstəqil, suveren dövlət kimi yox olacaq
Öncəki yazı
Meksikada təbii fəlakət : Qurbanlar var