İranın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla sülh sazişi bağlamaq çağırışı Vaşinqtonun İrana qarşı həyata keçirdiyi addımlarla ziddiyyət təşkil edir.
QafqazTürk Media bildirir ki, bu barədə Nazirliyin açıqlamasında vurğulanır.
“ABŞ Prezidentinin sülh və dialoq istəyi, Amerika Birləşmiş Ştatlarının İran xalqına qarşı düşmən və cinayətkar davranışı ilə uzlaşmır.”
Xatırladaq ki, Tramp dünən İsrail Knessetində çıxış edərək, İranla sülh sazişi imzalamaq istədiyini bildirib və bunun mümkün olmasının “möhtəşəm olacağını” vurğulayıb.