This is a specific ad

İrakli Qaribaşvilinin rəhbərliyi ilə Avropaya İnteqrasiya Komissiyasının iclası keçirilib

55

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə Avropaya İnteqrasiya Komissiyasının 70-ci iclası keçirilib.

QafqazTürk.com xəbər verir ki,Hökumətin mətbuat xidmətinin yaydığı məlumatda hökumət administrasiyasında keçirilən iclasda Gürcüstanın islahatlarının gündəliyinin müzakirə edildiyi və Avropa Komissiyasının tövsiyələrinin həyata keçirilməsi üzrə fəaliyyət planının təsdiq edildiyi deyilir.

“Xarici İşlər Nazirliyi fəaliyyət planının hazırlanmasını Gürcüstan parlamenti ilə əməkdaşlıqla koordinasiya edib. Plan bütün aidiyyatı qurumların iştirakı ilə hazırlanıb. Planda, tövsiyələr çərçivəsində həyata keçirilməli olan konkret addımlar yazılıb, məsul qurumlar və icra müddətləri müəyyən edilib”- Gürcüstan hökumətinin məlumatında qeyd olunur.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisidə Azərbaycan və Gürcüstanın təhsil əlaqələri müzakirə olunub 
Öncəki yazı
Gələn il Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək