“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvilinin oğlu Nikoloz Qaribaşvili ABŞ universitetini tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edib və 1 aydır ki, Gürcüstana gəldiyini və qış tətilindən sonra Pensilvaniyaya qayıdacağını bildirib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Nikoloz Qaribaşvili mətbuata açıqlamasında bildirib.
“İndi qış tətilindəyik və mən ötən il olduğu kimi, bu il də yay tətilində olduğu kimi, dünən ailəmlə 1 aylıq Tbilisiyə gəldim. Bilmirəm kimə lazımdır belə yalanları yaymaq. Universitetdə təhsilimi davam etdirirəm və yeni semestr başlayan kimi Pensilvaniyaya yola düşəcəm, hamıya uğurlar arzulayıram!”, – deyə Nikoloz Qaribaşvili qeyd edib.
Məlumat üçün bildirək ki, yayılan məlumatlara görə, İrakli Qaribaşvilinin oğlu Nikoloz Qaribaşviliyə ABŞ-ın Pensilvaniya Universitetindəki təhsil ocağını tərk edib.
“Main Channel”in məlumatına görə, Qaribaşvilinin oğlu sənədləri Pensilvaniya Universitetindən Corciyaya köçürüb.