“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili məşq zamanı çiynindən zədə alıb və bir az tibbi yardıma ehtiyacı var. Qaribaşvilinin çoxsaylı xəsarətlərlə Amerika xəstəxanasına yerləşdirilməsi dezinformasiyadır.
Partiyanın mətbuat xidmətindən bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq üçün cılız bir cəhddir.
“Gürcü arzusu” partiyasının məlumatına görə, İrakli Qaribaşvili fəaliyyətini davam etdirir.
“Dünən axşam saatlarından radikal müxalifətin və maraqlı qurumların nəzarətində olan qondarma KİV-lər dezinformasiyalar yayır, guya İrakli Qaribaşvili çoxsaylı xəsarətlərlə Amerika xəstəxanasına gətirilib. Partiyada fiziki qarşıdurma olduğu barədə məlumatlar var.
Açığı, bu, növbəti dezinformasiya və ictimaiyyəti çaşdırmaq üçün cılız bir cəhddir. Daha doğrusu, “Gürcü arzusu”nun sədri məşq zamanı çiynindən zədə alıb və bir az da tibbi yardıma ehtiyacı var.
İrakli Qaribaşvili fəaliyyətini davam etdirir. Biz ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırırıq”, – partiyadan bildirilib.
Məlumat üçün bildirək ki, birgə investisiya fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili “TV Pirveli” telekanalına müsahibəsində İrakli Qaribaşvilinin müxtəlif xəsarətlərlə travmatologiya klinikasında olduğunu bildirib. O, həmçinin qeyd edib ki, “Gürcü arzusu”nda fikir ayriliqları var və Qaribaşvili iki həftədən çoxdur ofisdə görünmür.