This is a specific ad

İrakli Qaribaşvilinin ailəsi müxalif “TV Pirveli” telekanalını məhkəməyə verib

47

Another advertisement

“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvilinin ailəsi müxalif “TV Pirveli” telekanalını məhkəməyə verib.

QafqazTürk.com  xəbər verir ki, buna səbəb telekanalın efirində Qaribaşvili ailəsinə məxsus üzüm emalı zavodunun uzunmüddətli icarə müqaviləsinin bağlaması ilə bağlı süjet olub.

Müqavilə “Qaribaşvilis Marani” şirkətləri ilə fransalı investorun təsis etdiyi Gürcüstan şirkəti arasında imzalanıb.

Süjetdə deyilir ki, zavodun alınması və sonradan icarəyə verilməsi mümkün korrupsiya sxemləri ilə bağlıdır.

“Biz məhkəməyə İrakli Qaribaşvilinin ailəsinə qarşı uzun illər boyu hazırlanmış yalan və böhtana əsaslanan onlarla xəbəri təqdim edəcəyik. Bizim üçün önəmli olan odur ki, kanalın özü efirə verilən xəbərlərin yalan olduğunu etiraf etsin”, – ailənin vəkili Amiran Qiqaşvili bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ლართან მიმართებაში დოლარის კურსი შეიცვალა – როგორი იქნება ვალუტის კურსი 12 ივნისს
Öncəki yazı
Müəllimlərin maaşı iyul ayından orta hesabla 500 lari artacaq