Another advertisement
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən il üçün gəlir bəyannaməsini təqdim edib.
QafqazTürk.com xəbər verir ki, 2022-ci il üçün hökumət başçısının maaşı 41 min 4 lari olub.
Bununla yanaşı, valideynləri Qaribaşviliyə 180 min lari verərək kömək ediblər.
İl ərzində Qaribaşvili ailəsinin xərcləri 64 min 561 lari və 8 min 868 dollar təşkil edib.
Gürcüstan baş nazirin əmanətləri: 40 min lari nağd, 5 min 603 lari bankda, 10 min 977 dollar və 7 min 568 avro.
Həyat yoldaşının hesablarında isə 3 min 262 lari və 77 dollar əmanəti, bank qarşısında 96 min 578 lari öhdəliyi var.